...

Yaponiya minaların təmizlənməsində Azərbaycana dəstəyini davam etdirəcək - Səfir

Gündəm Materials 21 İyun 2022 13:46 (UTC +04:00)
Yaponiya minaların təmizlənməsində Azərbaycana dəstəyini davam etdirəcək - Səfir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Yaponiya hökuməti Azərbaycanın azad olunmuş ərazilərində bərpa-quruculuq və minatəmizləmə işlərinə dəstək göstərməyə hazırdır.

Bunu Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi Trend-in yerli bürosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi çərçivəsində 11 ədəd mina təmizləyən aparat və eyni zamanda avtomobil təqdim olunub.

"Yaponiya hökuməti azad olunmuş ərazilərdə bərpa-quruculuq və minatəmizləmə işlərinə dəstək gösdərməyə hazırdır. Bu çərçivədə də bu layihəni həyata keçirmək qərarına gəldik. Bundan sonra da Yaponiya hökuməti olaraq bu kimi fəaliyyətlərə dəstək göstərməyə davam edəcəyik. Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərdə "yaşıl" enerji zonasının yaradılması məsələlərində yapon şirkətləri ilə əməkdaşlıq edilib. İstərdik ki bu layihələr daha da genişlənsin", - səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti