...

Avroparlament Aİ-nin qaz anbarlarını noyabr ayına qədər 80% doldurmaq qərarına gəlib

Gündəm Materials 24 İyun 2022 05:14 (UTC +04:00)

Bakı. Trend:

Avropa Parlamenti Avrop İttifaqının (Aİ) qaz anbarlarının qışa qədər doldurulması planlarını təsdiqlədi. Həmin planlar noyabrın 1-dək saxlanma səviyyəsinin ən azı 80 faizini nəzərdə tutur.

Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin plenar iclasında qəbul edilən yeni reqlamentlə bağlı press-relizde bildirilib.

"Üzv-dövlətlər və operatorlar 85 faizi hədəfləməlidirlər. Önümüzdəki illərdə avropalıları potensial təchizatda fasilələrdən qorumaq üçün hədəf 90 faiz olacaq", - deyə qeyd olunub.

Aİ ölkələrinin qaz təchizatı mənbələrini şaxələndirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək ehtiyacını vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti