...

Erməni silahlılarının canlı qüvvəsi və çoxlu sayda döyüş sursatları məhv edilib - MN

Gündəm Materials 3 Avqust 2022 19:13 (UTC +04:00)
Erməni silahlılarının canlı qüvvəsi və çoxlu sayda döyüş sursatları məhv edilib - MN

Bakı. Trend:

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti