...

Azərbaycan diasporunun nümayəndələri Bazeldə musiqi və kulinariya təqdimatı təşkil ediblər (FOTO)

Gündəm Materials 23 Oktyabr 2022 10:51 (UTC +04:00)
Azərbaycan diasporunun nümayəndələri Bazeldə musiqi və kulinariya təqdimatı təşkil ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan diasporunun nümayəndələri İsveçrənin Bazel şəhərində musiqi və kulinariya təqdimatı təşkil ediblər.

Trend xəbər verir ki, bu barədə bazar günü özünün "Twitter" səhifəsində Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov yazıb.

"Azərbaycan diasporunun Azərbaycanın Dostları Assosiasiyasından olan nümayəndələri Bazeldə “Nar bağı” Azərbaycan filminin nümayiş olunduğu Querfeld Mədəniyyətlərarası Film Festivalının tamaşaçıları üçün gözəl Azərbaycan musiqisi və kulinariyasının təqdimatını təşkil ediblər. Səfirlik diasporumuzun fəallarına təşəkkür edir", - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti