Ankara. Trend:
Türkiyənin paytaxtı Ankara şəhərində beynəlxalq jurnalistika forumu keçirilir.
Trend-in məlumatına görə, foruma ötən illər ərzində Anadolu Agentliyi tərəfindən təşkil edilən hərbi jurnalistika təlimlərində iştirak etmiş və təlimlər çərçivəsində aktivliyi ilə seçilmiş jurnalistlər qatılıblar. Mərasimdə, həmçinin, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak edir.
Anadolu Agentliyinin konfrans zalında keçirilən beynəlxalq foruma 15 ölkədən 20-yə yaxın jurnalist dəvət olunub.
Tədbir çərçivəsində dəyişən müharibə şərtləri, müharibə jurnalistikası, Türkiyədə müharibə jurnalistikası və müharibə zamanı beynəlxalq kommunikasiya məsələləri müzakirə olunacaq. Eyni zamanda, bu istiqamətdə ölkələrarası əlaqələrin qurulmasında fikir mübadiləsi aparılacaq.
Forumda Azərbaycanı iki jurnalist - Trend İnformasiya Agentliyinin redaktoru Elgün Mənsimov və jurnalist Kamil Eldaroğlu təmsil edir.