Bakı. Trend:
Keçən illə müqayisədə qanunsuz miqrasiya hallarına qarşı tətbiq olunan inzibati qərarların sayı 2 dəfə artıb.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, bəzən turizm məqsədi ilə ölkəmizə gələn miqrantlar qanunsuz fəaliyyətlə məşğul olurlar.
"Lakin onlar dövlət orqanları tərəfindən müəyyən edilir və lazımi addımlar atılır", - deyə o əlavə edib.