Bakı. Trend:
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçməsi üçün xüsusi tədbirlər planı hazırlanır.
Trend-in məlumatına görə, bunu bu gün Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov mətbuat konfrasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu konsepsiyanın həyata keçirilməsində bütün Azərbaycan xalqı yumruq kimi birləşməlidir.
Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər təşkil olunub. Müzakirələr zamanı yüzlərlə təklif irəli sürülüb, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elektron poçtuna çoxsaylı təkliflər daxil olub. Bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib.