Bakı. Trend:
“Similarweb” tərəfindən dünyanın ən çox ziyarət edilən internet saytlarının adları açıqlanıb.
Trend-in məlumatına görə, birinci yerdə dünyanın ən böyük axtarış platforması hesab edilən "Google" qərarlaşıb.
"Google" gündə 3,5 milyard dəfədən çox ziyarət edilib. İkinci ən çox ziyarət olunan platforma “YouTube”-dur.
“Google” və “YouTube”dan sonra “Facebook” "Meta" ilə bərabər üçüncü yerdədir.
“Twitter” isə ən çox ziyarət edilən internet saytları arasında dördüncü yerdədir.
“Instagram” ən çox ziyarət edilən saytlar arasında beşinci yerdədir.
Siyahının ilk beşliyi ABŞ şirkətlərinə məxsus olsa da, altıncı yerdə Çin axtarış saytı olan "Baidu" qərarlaşır.
Daha sonra reytinqdə “Wikipedia”, “Yandex, Yahoo” və “WhatsApp” gəlir.