...

Bu binalar təhlükə mənbəyidir

Gündəm Materials 16 Fevral 2023 14:54 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtdakı çoxmənzilli binalarda tez-tez qanunsuz artırmalara rast gəlirik. Belə hallar əsasən sovet dövründə tikilmiş binalarda müşahidə olunur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən daşınmaz əmlak eksperti Ramil Qasımzadə bildirib ki, qanunsuz artırmalar edilən binaların çoxu istismar müddətini başa vurub.

"Əgər həmin artırmalar aşağı mərtəbələrdədirsə, binaların konstruksiyasına zərər vermir. Lakin yuxarı mərtəbələrdəki qanunsuz əlavələr binaya ağırlıq salır, bünövrəsini zədələyir. Lakin bəzi qurumlar belə qeyri-qanuni tikililərə göz yumur", - R.Qasımzadə vurğulayıb.

Ekspert bildirb ki, belə artırmalar ciddi təhlükə mənbəyidir:

"Zəlzələ olan kimi həmin tikililər aşacaq, çünki heç bir memar rəyi nəzərə alınmayıb, konstruktorla işlənilməyib. Binalar tikilərkən müəyyən norma daxilində tikilir. Sonradan artırmalar isə əlavə yükdür. Təəssüf ki, belə hallara paytaxtın hər yerində rast gəlmək mümkündür. Əsasən də sakinlər mənzillərinin ümumi yaşayış sahəsini artırmaq məqsədi ilə eyvanlarını müxtəlif üsullarla irəli çəkirlər. Nəticədə həm ümumi görünüşə xələl gəlir, həm də binanın təhlükəsizliyi sual altında qalır. Yaşayış binasına əlavə dəyişiklik edilərsə, bunun üçün müvafiq qurumların rəyi olmalıdır", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti