...

Vaksin bərabərsizliyi 1.3 milyon kasıb insanın ölməsi ilə nəticələndi - Monteneqronun sabiq prezidenti

Gündəm Materials 10 Mart 2023 10:10 (UTC +04:00)
Vaksin bərabərsizliyi 1.3 milyon kasıb insanın ölməsi ilə nəticələndi - Monteneqronun sabiq prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Pandemiyanın ilk zamanlarında əksər ölkələr vaksinləri zəngin ölkələrə satdı.

Trend-in məlumatına görə, bunu Monteneqronun sabiq prezidenti Filip Vujanovic 10-cu Qlobal Bakı Forumunun panel iclası zamanı deyib.

O qeyd edib ki, bu cür vaksin bərabərsizliyi 1.3 milyon kasıb insanın ölməsi ilə nəticələndi.

“Müasir dövlətlərin uğursuzluqları mənfəəti cəmiyyətdən üstün tutmaları oldu. Pandemiya gənc insanların həyatlarına təsir göstərdi. Daha yaxşı səhiyyə sistemini təmin etmək üçün yalnız iqtisadi siyasi maraqlarımızı seçməməliyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti