...

Növbəti mərhələdə Talış kəndinə 158 ailənin köçürülməsi nəzərədə tutulur - Emin Hüseynov

Gündəm Materials 16 Mart 2023 15:25 (UTC +04:00)
Növbəti mərhələdə Talış kəndinə 158 ailənin köçürülməsi nəzərədə tutulur - Emin Hüseynov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Tərtər. Trend:

Bu gün 20 ailə Talış kəndinə köçürüldü. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərədə tutulur

Bunu Trend-ə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, hazırda Talış kəndinin birinci mərhələ üzrə bərpa-quruculuq işləri çərçivəsində 20 yaşayış evi və 9 qeyri-yaşayış binası, 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub və kənd Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir.

“Kənd tamamilə qazlaşdırılıb. Hazırda gedən bərpa-quruculuq işləri davam edir. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərədə tutulur. Bu evlərin tikintisi çox qısa zaman aparacaq. Çünki əsas infrastruktur layihələri həyata keçirilib və bundan sonra sürətli şəkildə kəndin ikinci fazasını da icra edib həyata keçirəcəyik”, - deyə o qeyd edib.

Xatırladaq ki, Tərtər rayonunun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğaldan azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti