...

Qarabağın erməni sakinləri Laçın keçid məntəqəsindən maneəsiz hərəkət edirlər (VİDEO)

Gündəm Materials 10 İyun 2023 14:15 (UTC +04:00)
Qarabağın erməni sakinləri Laçın keçid məntəqəsindən maneəsiz hərəkət edirlər (VİDEO)

Bakı. Trend:

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər.

Trend-in məlumatına görə, yeni yayılan kadrlarda onların keçidi prosedurunun Xankəndi-Gorus istiqamətində həyata keçirildiyi aydın görünür.

Mülki vətəndaşların Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə keçidi təmin edilib.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Həmin videonu təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti