...

Ermənistan Qafqaz üçün ciddi ekoloji problemlər yaratmaqda davam edir - Sədr

Gündəm Materials 13 İyul 2023 11:31 (UTC +04:00)
Ermənistan Qafqaz üçün ciddi ekoloji problemlər yaratmaqda davam edir - Sədr
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ermənistan nəinki Azərbaycan bütünlükdə Qafqaz üçün ciddi ekoloji problemlər yaratmaqda davam edir.

Bunu Trend-ə açıqlamasında Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib.

Onun sözlərinə görə, özünün dağ-mədən sənayesi ilə vurduğu ziyan özünün yerli vətəndaşlarını və dünya ictimaiyyətini narahat etməkdədir.

"Bununla bağlı dünyada ətraf mühitin mühafizəsi ilə məşğul olan nüfuzlu Qeyri Hökumət Təşkilatları buna qarşı özlərinin etiraz səslərinin ucaltmağa başlayıblar. Bununla bağlı yerli vətəndaş cəmiyyətinin üzvləri, QHT-lər də Arazdəyəndə iri metallurgiya zavoduyla bağlı bəyanat verdilər. Bundan sonra da Ermənistanın baş naziri Nikol Paşinyana dağ-mədən sənayesində işlərlə bağlı ətrag mühitə dəyən ziyanın dayandırılmasıyla bağlı artıq biz əksər QHT-lər Paşinyana açıq məktub ünvanladıq."

Q. Yusubova bildirib ki, Ermənistanın 30 il müddətində işğalda saxladığı Azərbaycan ərazilərində ekoloji sistemə, ətraf mühitə çox ciddi ziyan vurub.

"Qarabağ və Şərqi Zəngəzurda ekoloji fəlakət zonasına çevirib. Oxçuçaya axıdılan Zəngəzur Mis-Molibden kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink və digər metal tərkibli mədən tullantıları çayı ciddi təhdid qarşısında qoyub. Çayda bütün biomüxtəliflik, canlı aləmi məhv olub. Oxçuçay Araz çayına tökülür və oranı da çirkləndirir.Nəzərə alsaq ki Araz çayından suvarma üçün istifadə olunur. Belə olduqda çayın çirkli olması suvarılan ərazilərdə təsərrüfata ciddi ziyan törədir. Ermənistanın dağ-mədən sənayesində heç bir standartlara uyğun fəaliyyət göstərir.Ermənistanın Arazdəyəndə tikdiyi metallurgiya zavodu Espo konvensiyasını pozur. Bu sahədə Ermənistan destruktiv siyasət aparır. Ermənistan yenə öz dəsti xəttinə uyğun olaraq Espo konvensiyasını nəzərə almır. Bu da bölgə üçün ciddi ekoloji təhdiddir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti