...

Ramanada rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi

Gündəm Materials 28 İyul 2023 16:54 (UTC +04:00)
Ramanada rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən olunaraq həbs edilib.

"İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq", - deyə məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti