Bakı. Trend:
Xəbər verdiyimiz ki, yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.
Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edilib. "Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib.
Dəyişikliklərlə bağlı media nümayəndələri üçün "Bakı metropoliteni"nin "28 May" stansiyasında brifinq təşkil olunub. Media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Trend-in fotoqrafının "28 May" stansiyasında lentə aldığı görüntləri təqdim edirik: