...

DTX, Baş Prokurorluq, DİN və DSX birgə brifinq keçirib (FOTO/VİDEO)

Gündəm Materials 19 Sentyabr 2023 17:10 (UTC +04:00)
DTX, Baş Prokurorluq, DİN və DSX birgə brifinq keçirib (FOTO/VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, brifinqdə lokal antiterror tədbirləri haqqında məlumat verilib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti