...

ABŞ və Böyük Britaniya Yəməndəki husilərin hədəflərinə bir sıra zərbələr endirib

Gündəm Materials 1 Fevral 2024 04:46 (UTC +04:00)
ABŞ və Böyük Britaniya Yəməndəki husilərin hədəflərinə bir sıra zərbələr endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Böyük Britaniya Yəməndə üsyançı husilər "Ənsar Allah" hərəkatının hədəflərinə növbəti silsilə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə husilərə məxsus "Al Masirah" televiziya kanalı bildirib.

Məlumata əsasən, hücuma Qırmızı dənizdə yerləşən Hudeyda liman şəhərinin Əl-Cabban bölgəsi məruz qalıb.

Hudeydada partlayış səsləri və Yəmənin sahilyanı ərazilərində Amerika təyyarələrinin fəaliyyətini Livanın “Əl Mayadeen” telekanalı da yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti