...

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkar edilib (FOTO/VİDEO)

Gündəm Materials 25 May 2024 21:16 (UTC +04:00)
Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkar edilib (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Xocalı rayonunda aşkar olunan hərbi obyektdən istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1С32" raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə "2П24" buraxıcı qurğusu və üzərində "3М8" idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti