Bakı. Trend:
Fələstin "HƏMAS" hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranın suverenliyinin pozulması və milli təhlükəsizliyinə qəsddir.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Vəlid bin Əbdül Kərim əl-Xureyci bildirib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən fövqəladə sessiyasında çıxış edən əl-Xureyci deyib ki, Haniyənin İran paytaxtında öldürülməsi "İranın suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyinin kobud şəkildə pozulmasıdır".