...

Çin şirkətindən böyük addım: insanabənzər robotlara 13 milyard dollar investisiya

Gündəm Materials 12 Mart 2025 19:32 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin aparıcı avtomobil istehsalçılarından biri olan Xpeng, insanabənzər robot texnologiyasına böyük sərmayələr qoymağı planlaşdırır.

Trend-in məlumatına görə, Xpeng bu sektora uzunmüddətli layihə kimi baxır və onun investisiyaları 100 milyard yuana (13,8 milyard dollar) çata bilər, şirkətin baş direktoru He Xiaopeng parlamentin illik iclasında deyib.

H.Xiaopeng 5 il əvvəl insanabənzər robot sənayesinə girdiklərini və qarşıdakı 20 il bu sahədə qalmağı hədəflədiklərini bildirib.

Qeyd edək ki, şirkət 2020-ci ildə insanabənzər robot sektoruna daxil olub və "Tesla Bot"a rəqib olaraq inkişaf etdirdiyi "Iron" adlı robotu ötən ilin noyabrında təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti