...

Cəlilabadda 14 kiloqram narkotik vasitə aşkarlandı

Gündəm Materials 11 Fevral 2026 11:28 (UTC +04:00)
Cəlilabadda 14 kiloqram narkotik vasitə aşkarlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 26 yaşlı Emil Rəşidov, 32 yaşlı Ramin İsrafilov və 27 yaşlı Taleh İsazadə saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, onlardan ümumilikdə 14 kiloqram marixuana və metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onların xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti