...

Ələt-Astara yolunda ağır yol qəzası

Hadisə Materials 26 Sentyabr 2007 20:08 (UTC +04:00)

Azərbaycan, Lənkəran/ Trend , Müxbir P.Əliyeva. Bu gün saat 18-20 radələrində Ələt-Astara magistral yolunun 152-ci km-də, Masallı rayonunun Alvadı kəndi ərazisində , Bakı istiqamətində hərəkət edən 30 BB- 641 Dövlət nömrə nişanlı "QAZel" markalı avtomobillə Azpetrol şirkətinə məxsus 10 RD- 111 dövlət nömrə nişanlı, içərisində 30 tona yaxın yanacaq olan yanacaqdaşıma maşını toqquşub. Hər iki maşında yanğın baş verib. Hadisə yerinə Göytəpə şəhər və Masallı rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb olunub. Ələt - Astara magistral yolu 1 saata qədər bağlı qalıb. "QAZel" markalı maşında olan iki sərnişin tamamilə yanaraq, tanınmaz hala düşüb. Azpetrol şirkətinə məxsus maşının sürücüsü isə ,xəsarət aldığından xəstəxanaya yerləşdirilib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

.

Xəbər lenti

Xəbər lenti