...

Masallı Mebel fabrikinin Gəncədəki filialına basqın olub

Hadisə Materials 22 Oktyabr 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Masallı Mebel fabrikinin Gəncədəki filialına basqın olub. Gəncə Şəhər Polis İdarəsindən bazar ertəsi Trend ə bildirilib ki, oktyabrın 20-də saat 23 radələrində naməlum şəxslər Gəncə Maşınqayırma Zavodunun ərazisində yerləşən mebel sexinə basqın ediblər. Cinayətkarlar sexin gözətçisinin əl-qolunu bağlayıb kassadan 12 min 300 ABŞ dolları və 2000 AZN məbləğuində pulu quldurluq yolu ilə ələ keçiriblər.

Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi açılıb. Basqınçıların şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Hadisəni törədənlərin müəyyənləşdirilməsi və tutulması üçün tədbirlər görülür.

Son bir həftədə Gəncədə iki belə quldurluq hadisəsi qeydə alınıb. Bir neçə gün öncə, "Azərpoçt"un Gəncə filialına basqın edən naməlum şəxslər kassadan 37 min AZN məbləğində pul götürüb.

Xəbər lenti

Xəbər lenti