...

Azərbaycanda çaydan tapılan meyitin şəxsiyyəti müəyyənləşib

Hadisə Materials 28 Noyabr 2008 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın Hacıqabul rayonu ərazisindəki cayda tapılan meyitin şəxsiyyəti müəyyənləşib. Ölən şəxs Bakı sakinidir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a məlumat verilib.

Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirsaat çayında meyiti tapılan şəxsin Baki şəhər sakini Zakir Xankişiyev olması müəyyən edilib.

Noyabrın 26-da saat 11.30 radələrində Hacıqabul rayonundakı Pirsaat çayının Qızılburun kəndindən keçən hissəsində üzərində zorakılıq əlaməti görünməyən 35-40 yaşlı kişi meyiti tapılmışdı. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti