...

Azərbaycanda Çin vətəndaşını oğurlamaqda təqsirləndirilən mütəşəkkil cinayətkar dəstənin başçısı həbs olunub

Hadisə Materials 23 Yanvar 2010 13:40 (UTC +04:00)
Azərbaycanda Çin Xalq Respublikasının vətəndaşını oğurlamaqda təqsirli bilinən mütəşəkkil cinayətkar dəstənin başçısı həbs olunub.
Azərbaycanda Çin vətəndaşını oğurlamaqda təqsirləndirilən mütəşəkkil cinayətkar dəstənin başçısı həbs olunub

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir М.Əliyev/

Azərbaycanda Çin Xalq Respublikasının vətəndaşını oğurlamaqda təqsirli bilinən mütəşəkkil cinayətkar dəstənin başçısı həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mütəşəkkil cinayətkar dəstənin başçısı, Çin Xalq Respublikasının vətəndaşı Ci Fonq Pinq və dəstənin üzvü Hu Ye Masallıda həmyerliləri Liu Genyonq və onun qardaşı Liu Xiaoleini oğurlayıblar.

2009-cu il noyabrın 13-də həmyerlilərini oğurlayan cinayətkarlar Genyonqun arvadı Huonq Suzhendən 22 min dollar aldıqdan sonra onları azad ediblər.

Faktla bağlı Baş Mütəşəkkiil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanıb

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti