...

Üç yaralı və həlak olmuş bir azərbaycanlı zəvvarın meyiti bu gün Bakıya gətiriləcək

Hadisə Materials 18 Oktyabr 2010 11:26 (UTC +04:00)
Avtomobilin partlaması nəticəsində xəsarət almış üç yaralı və həlak olmuş bir zəvvarın meyiti artıq Azərbaycandadır və onlar bu gün Bakıya gətiriləcəklər.
Üç yaralı və həlak olmuş bir azərbaycanlı zəvvarın meyiti bu gün Bakıya gətiriləcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Avtomobilin partlaması nəticəsində xəsarət almış üç yaralı və həlak olmuş bir zəvvarın meyiti artıq Azərbaycandadır və onlar bu gün Bakıya gətiriləcəklər. Bu barədə bazar ertəsi Trend-ə zərərçəkənlərdən birinin atası İlqar Aslanov məlumat verib.

"Onlar dünən gecə gətirildikləri Lənkərandan bu gün səhər çıxıblar və günün ikinci yarısında Bakıya çatacaqları gözlənilir", - partlayış zamanı yaralanan Elvin Aslanovun atası bildirib.

Üç Azərbaycan vətəndaşı - Elçin Abdullayev, Elşən AbdullayevElvin Aslanov oktyabrın 13-də səhər İraqın Diyalə əyalətində azərbaycanlı zəvvarların olduğu avtobusun partlaması nəticəsində xəsarət alıblar.

Partlayış nəticəsində İntiqam Rüstəmov həlak olub.

Azərbaycanlı zəvvarların İraqın müqəddəs yerlərinə səfərini təşkil etmiş "Vadi-əl-Nəcəf" şirkətinin nümayəndələri onları Azərbaycana gətiriblər.

İlqar Aslanov deyib ki, yaralılar müalicələrini davam etdirmək üçün xəstəxanaya yerləşdiriləcəklər, onların vəziyyəti sabitdir.

Bu, İraqda azərbaycanlı zəvvarlarla bağlı baş verən ilk faciəvi hadisə deyil. Cari ilin yanvarında azərbaycanlı zəvvarları aparan avtobus İraqın Kərbəla şəhərinin yaxınlığında atəşə tutulmuşdu. Nəticədə 16 yaşlı qız həlak olmuş və daha üç nəfər xəsarət almışdı.

Martda Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi saytında Azərbaycan vətəndaşlarını İraqın Mosul, Nəcəf, Kərbəla şəhərlərində yerləşən müqəddəs yerləri ziyarət etməklə bağlı xəbərdarlıq etmişdi.

Xəbər lenti

Xəbər lenti