...

Azərbaycan Baş Prokurorluğu Gədəbəy rayonunda baş vermiş faciənin istintaqını öz nəzarətinə götürüb

Hadisə Materials 30 Yanvar 2011 23:03 (UTC +04:00)
Gədəbəy rayonunda baş vermiş faciə ilə bağlı cinayət işi üzrə ibtidai istintaqın gedişi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Bu barədə Azərbaycan Baş Prokurorluğunun bazar günü yayılan məlumatında bildirilir.
Azərbaycan Baş Prokurorluğu Gədəbəy rayonunda baş vermiş faciənin istintaqını öz nəzarətinə götürüb

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Gədəbəy rayonunda baş vermiş faciə ilə bağlı cinayət işi üzrə ibtidai istintaqın gedişi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Bu barədə Azərbaycan Baş Prokurorluğunun bazar günü yayılan məlumatında bildirilir.

20 yanvar 2010-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonunun Zamanlı kəndində, əvvəllər qanunsuz ağac kəsməsi ilə bağlı barəsində Gədəbəy rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı tamamlanaraq 11 yanvar 2011-ci ildə baxılması üçün rayon məhkəməsinə göndərilmiş Hüseynov Ədalət Kazım oğluna məxsus yaşayış evində baş vermiş yanğın nəticəsində Ədalət Hüseynov, arvadı Hökümə Hüseynova və onların azyaşlı oğulları -  Tural və Tapdıq müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq əvvəlcə Gədəbəy, sonra Şəmkir rayon mərkəzi xəstəxanalarına, daha sonra isə  Bakı şəhəri 5 saylı xəstəxanasına yerləşdirilmişlər.

Ədalət Hüseynov aldığı yanıq xəsarətləri ilə əlaqədar 22 yanvar 2011-ci il tarixdə müalicə olunduğu Bakı şəhəri 5 saylı xəstəxanada ölmüş, Hökümə Hüseynova və oğulları isə hazırda qeyd edilən xəstəxanada müalicə olunurlar.

Rayon prokurorluğunda aparılan ilkin araşdırma zamanı yanıq xəsarətləri almış Hökümə Hüseynova və oğlu Tural yanğının baş verməsinin səbəb və şəraiti barədə ziddiyyətli izahatlar vermişlər.

Belə ki, onlar izahatlarında bir halda yanğının Ədalət Hüseynov tərəfindən qəsdən, digər halda isə odun sobasını yandırarkən ehtiyatsızlıqdan baş verdiyini  bildirmişlər.

Məlumatda deyilir ki, yanğin faktı üzrə toplanmış materiallar əsasında 28 yanvar 2011-ci il tarixdə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanmış və hazırda iş üzrə tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti