...

Bakı-Rostov marşrutu ilə hərəkət edən avtobus aşıb, ölən var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Avqust 2011 18:02 (UTC +04:00)
Çərşənbə axşamı Dağıstanda Bakı-Rostov marşrutu üzrə hərəkət edən ikimərtəbəli avtobusun aşması zamanı ölənin şəxsiyyəti, eləcə də digər ölən və ya xəsarət alanın olub-olmaması müəyyənləşdirilir.
Bakı-Rostov marşrutu ilə hərəkət edən avtobus aşıb, ölən var (ƏLAVƏ OLUNUB)

Dağıstan FHN-nin mətbaut xidmətinin məlumatı əlavə olunub (ilk xəbər saat 17:31-də yayılıb)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir S.Ağayeva/

Çərşənbə axşamı Dağıstanda Bakı-Rostov marşrutu üzrə hərəkət edən ikimərtəbəli avtobusun aşması zamanı ölənin şəxsiyyəti, eləcə də digər ölən və ya xəsarət alanın olub-olmaması müəyyənləşdirilir. Bu barədə Trend-ə Dağıstan Respublikası FHN-in mətbuat xidmətindən məlumat verilib.

"Moskva vaxtı ilə saat 14:50-də FHN-ə məlumat daxil olub ki, "Dağıstanın Süleyman-Stal rayonunun ərazisində "Qafqaz" federal şossesində Bakıdan Rostova gedən "Mersedes" markalı ikimərtəbəli avtobus aşıb", - bir qədər əvvəl Trend-ə Mahaçqala Fövqəladə Hallar Komissiyasından məlumat verilmişdi.

Məlumata görə, avtobusda cəmi 47 sərnişin olub, onlar arasında uşaq yoxdur. İlkin məlumata görə, bir nəfər həlak olub.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Avtobus aşandan sonra yanğın baş verməyib, yolda hərəkət dayandırılmayıb.

Xəbər lenti

Xəbər lenti