...

Abşeronda yaşayış evindəki yanğında iki nəfər xəsarət alıb

Hadisə Materials 5 Sentyabr 2011 14:05 (UTC +04:00)
Abşeronda yaşayış evində baş vermiş yanğında iki nəfər xəsarət alıb.
Abşeronda yaşayış evindəki yanğında iki nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Abşeronda yaşayış evində baş vermiş yanğında iki nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunun Hökməli qəsəbə sakini Sərxan Məmmədova məxsus evdə propan qazının sızmasından yanğın baş verib.

Nəticədə ev tamamilə yanıb, Məmmədovun arvadı Minəvvər və 1 yaşlı qızı isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti