...

Türkiyədə hərbi anbarda partlayış olub

Hadisə Materials 2 Yanvar 2012 10:47 (UTC +04:00)
Bazar ertəsi Türkiyənin Kırıkkale şəhərindəki hərbi sursat anbarında partlayış baş verib.
Türkiyədə hərbi anbarda partlayış olub

Azərbaycan, Bakı, 2 yanvar /Trend müxbir A.Tağıyeva/

Bazar ertəsi Türkiyənin Kırıkkale şəhərindəki hərbi sursat anbarında partlayış baş verib. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Partlayış nəticəsində bir nəfər ölüb. Üç nəfər isə itkin düşüb. Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım briqadaları gəlib.

Hadisənin təfərrüatları araşdırılır.

Xəbər lenti

Xəbər lenti