...

Partlayan Türkiyə gəmisindəki azərbaycanlıların adları açıqlanıb

Hadisə Materials 16 Yanvar 2012 14:07 (UTC +04:00)
Albaniya sahillərində batan Türkiyə gəmisinin kapitanı Azərbaycan vətəndaşı Xəyyam Məmmədovdur. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasından məlumat veriblər.
Partlayan Türkiyə gəmisindəki azərbaycanlıların adları açıqlanıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Albaniya sahillərində batan Türkiyə gəmisinin kapitanı Azərbaycan vətəndaşı Xəyyam Məmmədovdur. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasından məlumat veriblər.

Administrasiyadan verilən məlumata əsasən, kapitanla birlikdə azərbaycanlı dənizçilərin ümumi sayı 4 nəfər təşkil edir.

"Hazırda baş verən qəzanın araşdırılması aparılır. Araşdırmanın nəticəsindən sonra Azərbaycan tərəfinə bütün təfərrüatlar təqdim ediləcək" , - administrasiyadan bildiriblər.

Ekipajın digər azərbaycanlı üzvləri Arif İmranov, Səfa İbrahimov və Ramil Məlikovdur.

Administrasiyadan qeyd ediblər ki, ekipajın üç üzvü itkin sayılır, onlar arasında gəminin kapitanı Məmmədov da var. Qalan iki üzv isə Gürcüstan vətəndaşlarıdır.

"Hazırda ekipajın xilas edilmiş 12 üzvü tibb məntəqlərindədir", - administrasiyadan məlumat veriblər.

Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib.

"Ədirnə" tankeri IMO 7704291, yük tutumu 4112 ton, 1980-ci il istehsalı, Syerra Leone bayrağı, operator SAYGI DENIZCILIK VE ELEKTRIK.

Xəbər lenti

Xəbər lenti