...

Abşeronda elektrik xətti evin üstünə düşüb, bir nəfər ölüb

Hadisə Materials 21 Yanvar 2012 12:06 (UTC +04:00)
Abşeronda elektrik xətti evin üstünə düşüb, bir nəfər ölüb.
Abşeronda elektrik xətti evin üstünə düşüb, bir nəfər ölüb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Abşeronda elektrik xətti evin üstünə düşüb, bir nəfər ölüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-də saat 19.40 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq qəsəbə sakini Rüfət Qasımova məxsus evin dam örtüyünə düşüb.

Nəticədə yanğın baş verib, evin dam örtüyü yanıb, hadisə yerinə gəlmiş qəsəbə sakini Mənzər Mirzəyeva elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti