Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir K.Zərbalıyeva/
Keçmiş məhkum silah satarkən tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkiil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Səfərov 1 ədəd "Kalaşnikov" tipli əl pulemyotunu, 10 ədəd patronu və 1 ədəd patron darağını 1200 manata satarkən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Keçmiş məhkum silah satarkən tutulub
Keçmiş məhkum silah satarkən tutulub.
