...

Bakının mərkəzində bina yanır (FOTO)

Hadisə Materials 9 Aprel 2012 20:40 (UTC +04:00)
Bakının mərkəzində, 5 mərtəbə adlanan ərazidə yeni tikilən binada güclü yanğın baş verib.
Bakının mərkəzində bina yanır (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Bakının mərkəzində, 5 mərtəbə adlanan ərazidə yeni tikilən binada güclü yanğın baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə yerinə yanğınsöndürən maşınlar gəlib.

Dilarə Əliyeva küçəsində binanın yuxarı mərtəbəsi (8-ci mərtəbə) yanır.

Hazırda yanğınsöndürənlər aktiv şəkildə yanğının qarşısını alırlar.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilən binada taxta tirlər yanır. Hadisə ilə bağlı 2-ci dərəcəli çağırış verilib.

Məlumata görə, 1000 kvadratmetr sahədə 600-650 kvadratmetr yanır.

İlkin məlumata görə, binada yaşayış olmadığı üçün xəsarət alan yoxdur.

Xəbər lenti

Xəbər lenti