...

Gəncədə keçmiş kürəkən qayınanasının evini yandırıb

Hadisə Materials 14 Aprel 2012 13:30 (UTC +04:00)
Gəncədə keçmiş kürəkən qayınanasının evini yandırıb.
Gəncədə keçmiş kürəkən qayınanasının evini yandırıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Mehdiyev/

Gəncədə keçmiş kürəkən qayınanasının evini yandırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, aprelin 13-də saat 05:30 radələrində Gəncənin Kəpəz rayonu Sədi küçəsi, 1-ci döngə ev 12-də yaşayan Yetər Yusibovaya məxsus evdən qonşusu Firuzə Bağırovanın evinə keçən yanğın baş verib.

Yusibova Kəpəz RPİ-yə ərizə ilə müraciət edərək evinin Samux rayon sakini, keçmiş kürəkəni Ramin Bəşirov tərəfindən yandırıldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti