...

Gürcüstan vətəndaşı Azərbaycanda yol qəzasında həlak olub

Hadisə Materials 7 May 2012 12:42 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Gürcüstan vətəndaşı Azərbaycanda yol qəzasında həlak olub

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Gürcüstan vətəndaşı Azərbaycanda yol qəzasında həlak olub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 5-də saat 04:00 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakini Hüseynağa Alılının idarə etdiyi "KamAZ" və Gürcüstan vətəndaşı Mirian Sucaşvilinin idarə etdiyi "VAZ-21214" markalı avtomaşınlar toqquşub.

Qəza zamanı Suzaşvili hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti