...

İki gün öncə Kürdə batmış 19 yaşlı gəncin cəsədi tapılıb

Hadisə Materials 8 İyun 2012 12:13 (UTC +04:00)
Cəbrayılovun cəsədi batdığı yerdən 100 m aralıda dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
İki gün öncə Kürdə batmış 19 yaşlı gəncin cəsədi tapılıb

Azərbaycan, Bakı, 8 iyun / Trend müxbir K.Zərbalıyeva/

İki gün öncə Kürdə batmış 19 yaşlı gəncin cəsədi tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 6-da Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndindən keçən hissəsində (Salyan sularda xilasetmə məntəqəsindən 45 km aralıda, nəzarətsiz ərazidə) batmış 1993-cü il təvəllüdlü Ramin Dilavər oğlu Cəbrayılovun axtarışları başa çatıb.

Cəbrayılovun cəsədi batdığı yerdən 100 m aralıda dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti