Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir M.Salmanov/
Nigeriyanın cənub-şərqində yanacaq daşıyan avtomobilin qəzaya uğraması nəticəsində yanacaq ətrafa dağılıb. Yanacağı toplamağa çalışan 100-dən çox insan yük maşınının partlaması səbəbindən dünyasını dəyişib. Bu barədə Trend cümə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.
Hadisənin yanacaq daşıyan avtomobilin üç nəqliyyat vasitəsilə toqquşması səbəbindən baş verdiyi bildirilir.
Rivers əyalətində baş verən faciədə insanların çoxunun yanaraq öldüyü bildirilir. Onlar kütləvi şəkildə dəfn ediləcəklər.
Məlumata əsasən, faciədə 35 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.