...

Bakıda dələduzluq edən şəxslər saxlanılıblar

Hadisə Materials 7 Sentyabr 2012 13:28 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Yasamal rayonu ərazisində naməlum şəxs Salyan rayon sakini Vüqar Əliyevi bıçaqla hədələyərək ondan 72 manat pul alıb.
Bakıda dələduzluq edən şəxslər saxlanılıblar

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Bakıda dələduzluq edən şəxslər saxlanılıblar.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Yasamal rayonu ərazisində naməlum şəxs Salyan rayon sakini Vüqar Əliyevi bıçaqla hədələyərək ondan 72 manat pul alıb.

Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov tutulub.

Sentyabrın 6-da saat 01:00 radələrində metronun "Koroğlu" stansiyasının yaxınlığında Bakı şəhər sakini Ədalət Qasımovun idarə etdiyi "AzSamand" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs Pirallahı qəsəbəsinə gedəcəyini bildirib. Pirallahı qəsəbəsi ərazisində həmin şəxs sürücünü hədələyib 47 manat pulunu aldıqdan sonra gedib.

Xəzər RPİ 3-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aqşin Qasımov tutulub, ondan 0,217 qram heroin götürülüb.

Xəbər lenti

Xəbər lenti