...

İstanbul aeroportunda gün ərzində ikinci insident yaşanıb

Hadisə Materials 27 Dekabr 2012 11:14 (UTC +04:00)
Brirtaniyanın "British Airways" aviaşirkətinin London-Dubay reysini həyata keçirən təyyarəsi cümə axşamı səhər İstanbulda Atatürk Hava Limanına təcili eniş edib.
İstanbul aeroportunda gün ərzində ikinci insident yaşanıb

Azərbaycan, Bakı, 27 dekabr / Trend, müxbir A.Tağıyeva/

Brirtaniyanın "British Airways" aviaşirkətinin London-Dubay reysini həyata keçirən təyyarəsi cümə axşamı səhər İstanbulda Atatürk Hava Limanına təcili eniş edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti xəbər verib.

Təcili enişə səbəb motor yağının sızması olub. Ekipaj təyyarəni uğurla yerə endirməyə nail olub. Sərnişinlər təxliyə olunublar.

Bu gün, həmçinin "Türkiyə Hava Yolları"na məxsus təyyarə İstanbul-Honkonq reysini həyata keçirməyə hazırlaşarkən təyyarə üçün benzin daşıyan maşınla toqquşub.

Toqquşma nəticəsində təyyarənin sağ mühərriki ciddi zədələnib. Sərnişinlər təxliyə olunublar.

Bir neçə saat keçdikdən sonra sərnişinlər başqa təyyarə ilə yola salınıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti