Azərbaycan, Bakı, 8 yanvar / Trend müxbir M.Əliyev/
Daxili İşlər Nazirliyi Şəmkirdə baş verən ağır yol nəqliyyat qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yanvarın 7-də saat 23.00 radələrində Şəmkir rayonu ərazisində, Göygöl rayon sakini Akif Əliyevin idarə etdiyi "Mercedes" markalı avtobusla, rayon sakini Anar Həsənovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın toqquşublar. Nəticədə A.Həsənov və onun 4 sərnişini hadisə yerində ölüblər.