...

Müdafiə Nazirliyi yaxın zamanda əsgər ölümü ilə bağlı araşdırmaların ilkin nəticələrini açıqlayacaq

Hadisə Materials 10 Yanvar 2013 10:42 (UTC +04:00)
Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə baş vermiş əsgər ölümü ilə bağlı araşdırmaların ilkin nəticəsi yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
Müdafiə Nazirliyi yaxın zamanda əsgər ölümü ilə bağlı araşdırmaların ilkin nəticələrini açıqlayacaq

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir M.Əliyev/

Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə baş vermiş əsgər ölümü ilə bağlı araşdırmaların ilkin nəticəsi yaxın zamanda ictimaiyyətə təqdim olunacaq. Bu barədə cümə axşamı Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi hissədə xidmət edən əsgər Ceyhun Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb.

Qeyd edək ki, Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl dünyasını dəyişib.

Bəzi KİV-lər əsgərin meyitinin fotolarını yayıb, fotolarda onun xəsarətlər aldığı əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti