Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyasının yaxınlığında "toy karvanı"nda yol qəzası baş verib.
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı 3 avtomobil toqquşub, nəticədə onlardan biri yanıb. Yanan avtomobil "Mercedes" markalı olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsindən Trend-ə bildiriblər ki, yol qəzası zamanı bir nəfər xəsarət alıb. O, Sabunçu rayon xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Bakıda "toy karvanı"nda yol qəzası baş verib, bir nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Bakıda Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyasının yaxınlığında "toy karvanı"nda yol qəzası baş verib.
