Azərbaycan, Bakı, 26 yanvar /Trend/
Goranboyda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Trend Türkel TV-yə istinadən məlumat verir ki, yanvarın 25-də saat 21:10 radələrində Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində "KAMAZ" markalı yük maşını "VAZ 2107" markalı avtomobillə toqquşub. "Jiquli"də olan 3 nəfərdən ikisi - 39 yaşlı Goranboy rayon Xanqərvənd kənd sakinləri Mübariz Tağıyev və 28 yaşlı Rəşad Həsənov hadisə yerindəcə həlak olub.
Digər sərnişin isə ağır xəsarət alıb. Faktla bağlı araşdırmalar aparılır.