...

Torpaq üstündə düşən mübahisədə əmisini bıçaqladı

Hadisə Materials 13 Fevral 2013 07:37 (UTC +04:00)
Masallıda, əmisindən pay torpaq almaq istəyən qardaşoğlu, isdəyinə nail ola bilmədiyindən, əmisinə bıçaqla xəsarət yetirib.
Torpaq üstündə düşən mübahisədə əmisini bıçaqladı

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir B.Suleymanlı/

Masallıda, əmisindən pay torpaq almaq istəyən qardaşoğlu, isdəyinə nail ola bilmədiyindən, əmisinə bıçaqla xəsarət yetirib. Trend xəbər verir ki, hadisə Masallı rayonunun Musaküçə kəndində baş verib. 27 yaşlı Rahid Rzayev, əmisi Maqsud Rzayevdən pay torpaq almaq üçün, onların yaşadığı evin həyətinə gəlib. Rahid Rzayev əmisini inandırmağa çalışıb ki, ondan alacağı pay torpaqda sex tikmək istəyir və halal pul qazanmaq niyyətindədir. Əmi Maqsud Rzayev, qardaşı oğluna bildirib ki, onun da öz övladları var və ona məxsus olan torpaq da övladlarınındır. Bundan sora qardaşoğlu və əmi arasında münaqişə yaranır.

Qarın böşluğundan xəsarət alan Maqsud Rzayev, dərhal yaxınları tərəfindən Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisəni törədən Rahid Rzayev saxlanılaraq, Masallı Rayon məhkəməsinin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılan Rahid Rzayev subaydır və o bir dəfə Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb. Hazırda onun digər cinayətlərdə də əlinin olub olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti