...

Bakının mərkəzində yük maşını aşıb

Hadisə Materials 21 Fevral 2013 10:53 (UTC +04:00)
Bakının mərkəzində Azərbaycan küçəsində (keçmiş Hüsü Hacıyev) çınqıl daşıyan yük avtomobili aşıb.
Bakının mərkəzində yük maşını aşıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzində Azərbaycan küçəsində (keçmiş Hüsü Hacıyev) çınqıl daşıyan yük avtomobili aşıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, yol-nəqliyyat hadisəsi yük maşının təkərinin partlaması nəticəsində baş verib. Bu zaman sürücü idarəetməni itirib və maşın aşıb.

Hadisə nəticəsində yol kənarındakı işıqfor və mağazaların birinin vitrinləri sınıb. Yol qəzası zamanı sürücü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti