...

Bakıda ticarət mərkəzinin qarşısında bıçaqlanma olub

Hadisə Materials 27 Fevral 2013 11:01 (UTC +04:00)
Nizami rayonunda naməlum şəxs ticarət mərkəzinin qarşısında bir nəfəri bıçaqlayaraq qaçıb.
Bakıda ticarət mərkəzinin qarşısında bıçaqlanma olub

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Nizami rayonunda naməlum şəxs ticarət mərkəzinin qarşısında bir nəfəri bıçaqlayaraq qaçıb.

Nizami rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nizami rayanunda "Laçın" Ticarət Mərkəzinin qarşısında 1981-ci il təvəllüdlü Quliyev Rəsul Əliqulu oğluna naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilib.

Quliyev "Azərsutikinti" xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Nizami Rayon Polis İdarəsinin 24-ci Polis Bölməsindən Trend-ə verilən məlumata görə, Qulievə bıçaq xəsarəti yetirən şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti