...

Bakıda iki “Mersedes” toqquşub, ölən var

Hadisə Materials 13 Mart 2013 10:09 (UTC +04:00)
Bakıda iki “Mersedes” toqquşub, bir sərniin həlak olub.
Bakıda iki “Mersedes” toqquşub, ölən var

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

Bakıda iki "Mersedes" toqquşub, bir sərniin ölüb.

Nərimanov Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 12-i saat 21:00 radələrində Ziya Bünyadov prospektində ("Çermet" körpüsünün yaxınlığında) 1985-ci il təvəllüdlü Rəşad Məmmədov idarə etdiyi "Mersedes" markalı "10-MZ-308" dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən Elşən Əliyevin idarə etdiyi "Mersedes" markalı "90-MV-041" dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə Rəşad Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin, 1982-ci təvəllüdlü Mirzəyev Rahim Qiyas oğlu hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti