...

Şəmkirdə “KamAZ” aşıb, sürücü ölüb

Hadisə Materials 16 Mart 2013 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İzzət/

Şəmkir rayonu ərazisində "KamAZ" markalı avtomaşın aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 15-də saat 11.30 radələrində Şəmkir rayonu ərazisində İmişli rayon sakini Hikmət Əliyev "KamAZ" markalı avtomaşını idarə edərkən onu aşırıb.

Nəticədə sürücü Əliyev hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti