...

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var

Hadisə Materials 1 Aprel 2013 13:30 (UTC +04:00)
Xaçmaz rayonunundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Xaçmaz rayonunundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 31-də saat 00.40 radələrində Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində rayon sakini Əlövsət Lətifov idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı ağaca vurub.

Nəticədə Lətifov hadisə yerindəcə ölüb. "Mercedes"in xəsarət almış sərnişini, rayon sakini İsmayıl Zeynallı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti